“Rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar” - Video

Şou

07 Oktyabr 2019 11:54 1243


“Maşın” realiti- şousunun müzakirə olunan iştirakçısı Xalq artisti Bilal Əliyev sosial şəbəkədə atası ilə fotosunu paylaşıb.

“Yeni Sabah” xəbər verir ki, müğənni feysbukda status yazaraq atasının onu yarışmada görmək istəməməsinin səbəbini açıqlayıb:

“Atam da, mən də sizi salamlayırıq. Deyirəm, ata, dedin, gəldim. Niyə məni çağırdın? Maşından da əlimi çəkdim. Deyir ki, rəngin xoşuma gəlmədi, qorxdum sənə bir şey olar. Maşın gəlib-gedər, ancaq oğlumu tapa bilmərəm. Oğul, səni bu vətən üçün böyütmüşəm, bir maşına qurban vermək üçün yox... Toyuqlu pizza

Atam deyir ki, sən orada kimdənsə səs istəyirsən, Allah sənə səslərin ən mükəmməlini verib. Başqa heç bir səs sənə gərək deyil. Mən də atama heç nə demədim, qucaqlayıb, üzündən, əlindən öpdüm”.

/qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!