Türkiyəli reper Lvbel C5 kimi tanınan Süleyman Burak Bodur bu dəfə mini futbol meydançasındakı görüntüləri ilə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
"Yeni Sabah" xəbər verir ki, son dövrlər "Hav Hav Hav" mahnısı və konsertlərdə fonoqramdan istifadə etdiyi iddiaları ilə gündəmə gələn ifaçı bu dəfə fərqli səbəbdən diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Lvbel C5 mini futbol oyunu zamanı rahat geyim tərzi ilə kameraların diqqətini cəlb edib. Dominos pizza
İstifadəçilər xüsusilə onun geyindiyi şortu müzakirə ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri şortun görünüşünü uşaq bezinə bənzədərək bununla bağlı çoxsaylı şərhlər paylaşıblar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız