Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Repetitor xidmətləri ilə bağlı yeni tələblər açıqlandı

Sosial

16 İyun 2021 19:14 851


Azərbaycanda fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədris prosesinə üstünlük verilməlidir.

Yenisabah.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərdə öz əksini tapıb.

Sənəddə daha sonra deyilir: pizza hut

Fərdi tərdris və repetitor xidmətləri zamanı tədris prosesi yaxşı havalandırılan otaqda

keçirilməlidir;

Tədris vaxtı tibbi maskadan istifadə etmək məcburidir;

Tədris vaxtı sosial məsafənin qorunmağı zəruridir (bir metrdən az olmamaq şərti ilə);

Dərs vəsaitləri ortaq istifadə edilməməlidir;

Şəxsi gigiyena qaydalarına ciddi riayət olunmalıdır;

Hər qrup arasında minimum 15 dəqiqə fasilə olmalıdır və fasilə zaman otaq havalandırılmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!