Müğənni Murad Arif "Avroviziya" Mahnı Müsabiqəsində Azərbaycan bayrağına qarşı hörmətsizlik edən rəqqasəni sərt tənqid edib.
Yenisabah.az xəbər verir ki, bəstəkar həmişə "Avroviziya" ilə bağlı əcnəbilərə üstünlük verilməsindən gileylənib:
“13 il ərzində hər il "Avrovoziya" nömrələrini xaricdən almışıq. O layihələr xaricdə düşünülüb, yazılıb, tərtib olunub. Mahnısı, beki, rəqqası, mətbuat danışmanı, müğənni meneceri, səhnədə müğənniyə su verəni, taksi çağıranı, köynək ütüləyəni, bir sözlə hamısı əcnəbidir”. Dördpendirli pizza
Murad Arif ölkə bazasında "Avroviziya" mütəxəssiləri qrupu hazırlamağın kimsənin ağlına gəlmədiyini vurğulayıb:
“Ya da ki sərf etmir? Ölkəyə yatırım olardı, studiyalar, rəqs qrupları, bekvokal qrupları yaranardı, müəlliflər formatı anlayar, formata uyğun təkliflər verərdi, gənclər maariflənərdi. Yox, xaricdən olsun! Xaricdən! Hər şey xaricdən! Bu da əcnəbi rəqqasə və bizim bayraq”.
Telegram kanalımız