Rəqs müəllimlərini tənqid etdi: “Uşaqları məhv etməyin“

saytların hazırlanması

Evə çatdırılma

Rəqs müəllimlərini tənqid etdi: “Uşaqları məhv etməyin“

Şou

20 Sentyabr 2026 13:54 141


Aparıcı Mətanət Əliverdiyeva bəzi rəqs müəllimlərini tənqid edib.

Axşam.az xəbər verir ki, o, “Xəzər axşamı” verilişində valideynlərə müraciət edərək, peşəkar olmayan müəllimlərin uşaqların gələcəyinə mənfi təsir göstərdiyini bildirib:

"Əziz valideynlər, indi rəqs qrupları çoxdur. Kor təbii rəqs edən uşaqlarımız da xeylidir. Bunu kənardan hamımız müşahidə edirik. Qrupları açırsınız ki, uşaqlara rəqs öyrədəsiniz, amma əslində uşaqların evini yıxmış olursunuz. Onları peşəkar səviyyəyə qaldıra bilmirsiniz. pizza mizza

O uşaqları məhv etməyin. Bəlkə onların arasından doğrudan da çox peşəkar rəqqaslar çıxacaq. Kənardan baxırsan ki, bədən proporsiyaları fərqlidir. Onlar hara qədər gedirlər? Toya qədər. Toyda nəsə edəcək, qazanacaqsınız, cibinizə qoyacaqsınız. Həqiqətən, gülməlidir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!