Rəqsanə həmkarlarını ifşa etdi: “Bəzi xalq artistləri siqaret çəkir, işçilərini söyürlər”

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanə həmkarlarını ifşa etdi: “Bəzi xalq artistləri siqaret çəkir, işçilərini söyürlər”

Şou

04 Avqust 2026 10:19 101


Rəqsanə İsmayılova BakuTv-nin “Qapqara” verilişinə müsahibə verib.

“Yeni Sabah” xəbər verir ki, ifaçı proqramda bəzi xalq artistlərinin əslində, göründükləri kimi olmadığını və efirdə maskalandıqlarını deyib:

"Mən səhnədə necəyəmsə, evdə də eləyəm. 30 ildən çoxdur ki, bu səhnədəyəm. Bəzi sənət adamları, xalq artistləri çox gözəl maskalanırlar. Əllərində siqaret olur, işçiləri ilə söyüşlə danışırlar. Bunlar sadəcə üzə çıxmır. Lakin onları tanıyırıq. İllərdir bir səhnədə çiyin-çiyinəyik. Bəzən onlara tərif yağdıranda mənim ürəyim partlayır. Ağıllı görünməyə çalışmaq böyük üstünlük deyil. Onlar bəzi tədbirlərdə yaxşı görünmək üçün belə davranırlar”. Dominos pizza

İfaçı bir müddətdir bölgələrdə verdiyi silsilə konsertlərdən də danışıb.

“Həmin konsertlərdən heç bir gəlir əldə etmirəm. Bu, mənim mənəvi borcumdur. Bu gün pula çox ehtiyacım var. Lakin xalqım heç bir çətinliyimdə məni tək qoymayıb. Mən də bununla bir növ borcumu qaytarıram. Naxçıvanda konsert verəndə neçə-neçə insan gəlib mənim üçün qurban kəsdiyini dedi. Bu, necə sevgidir, bilmirəm. Hər bölgəyə gedəndə düşünürəm ki, görəsən, adam olacaq? İzdihamı görəndə çox sevinirəm. Yenə də Allahıma şükür edirəm ki, bu sevgini əlimdən almayıb”.

Müğənni bildirib ki, bu gün sənətdə kiminsə ayağı büdrəyib yıxılsa, onu ayağa qaldıran olmayacaq:

“Həyatdır, hamının başına iş gələ bilər. Heç kəs heç nədən sığortalanmayıb. Hakim olub insanlara cəza verən insan belə həbsə düşə bilər. Mən heç vaxt heç kəsi qoyub qaçmamışam. Pandemiya dövründə belə müğənnilər gəlib evimdə qalıblar. Onlara çörək vermişəm. Təkcə Moskvada 20 min azərbaycanlıya dəstək olmuşam”.

Rəqsanə İsmayılova ən böyük qorxuları və bacarıqlarından da söz açıb:

“Əslində, müğənni olmasaydım, yaxşı restoran işlədərdim. Yaxşı geyim mağazalarım ola bilərdi. Aptek işlədə bilərdim. Hətta çörəkçi də olardım. Xəmirini belə özüm hazırlayardım. Özünəməxsus çörəklərim olardı. Müğənni olmasam belə, yaxşı biznes idarə edə bilərdim”.

Ən böyük qorxum tək qalmaqdır. Evdə belə tək qala bilmirəm. Allah bunu mənə bir dəfə yaşatdı. Çox qorxdum. Amma orada çarəsiz idim. Elə anlar oldu ki, özümü tamamilə çarəsiz hiss etdim”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!