Uzun müddətdir Moskvada yaşayan müğənni Rəqasə İsmayılova ilə həmkarı Fədayə Laçın küsülülüyə son qoyub.
Yenisabah.az xəbər verir bu barədə Fədayə Laçın məlumat yayıb.
Onun sözlərinə görə, sənətçilər məclislərin birində bir araya gələrək barışıblar: pizza sifarişi
“Böyük sənətkarımız, çox sevdiyim Nisə xanımı görməyimə çox sevindim. Allah can sağlığı versin. Oxudu, qulağımız sənətkar səsi eşitdi. Sənət dostlarım muğam oxuyurdular, Elnarə xanım məni də dəvət etdi, bir azca da mən oxudum.
Hə, bir də ki bildiyiniz kimi, Rəqsanə xanım məndən incimişdi, amma mən ondan inciməmişdim. Məclisdə mənə söz veriləndə, bütün sənət dostlarımın adlarını bir-bir çəkərək salamladım və Rəqsanəni də salamladım, o da salamımı aldı, sağ olsun...Və sonda öpüşdük, görüşdük, dedim: “Gəl, mehriban olaq”.
Söhbəti heç nə olmamış kimi elədik getdi, gülə-gülə ayrıldıq”.
Xatırladaq ki, bir müddət əvvəl tərəflər arasında qalmaqal yaşanmışdı. Rəqsanə İsmayılova “Instagram”da canlı yayım açaraq Fədayə Laçın və bacısı İlahə Fədanın ünvanına sərt sözlər demişdi.
O, Fədayə Laçına həbs edilən zaman maddi yardım etdiyini və adını açıqlamadığını bildirmişdi.
Telegram kanalımız