Rəqsanənin qızı: “Zaur tərlədim burda, gəl sənə...“ - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin qızı: “Zaur tərlədim burda, gəl sənə...“ - Video

Şou

21 Noyabr 2022 17:48 1371


Müğənni Aysun İsmayılova keçmiş əri Eşqin Cəlilovdan danışıb.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, ifaçı qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda gözlənilmədən verilişin aparıcısı Zaur Baxşəliyevin ona ünvanlanan ailə həyatı ilə bağlı sualla üz-üzə qalıb. 

Zaurun "Həyat yoldaşınla münasibətin necədi? Eşqini sevirsən" sualına Aysunun reaksiyası belə olub:  pizza hut

"Artıq şəxsi həyatımla bağlı heç bir şey danışmaq istəmirəm. Buradan məni böyüklər izləyir. Evdən atam, qaynanam, qaynatam izləyir. Hər ailədə söz-söhbət olur. Qismət, hər şeyi həyat göstərər". 

Aparıcının "Birdən qapı açılsa, həyat yoldaşın içəri girsə..." sözlərinə İsmayılova deyib: "Nə olar? (gülür) Zaur tərlədim burda. Gəl belə edək, layihələrimdən danışım, yeni iş birliyinə başlamışam". 

Qeyd edək ki, Aysunla Eşqin cütlüyü iyun ayında evlənsələr də bir neçə aydan sonra ayrılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!