Rəqsanənin qızının atalığı ilə səmimi görüntüləri yayıldı    - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəqsanənin qızının atalığı ilə səmimi görüntüləri yayıldı  - Video

Şou

19 Yanvar 2021 11:50 1675


Tanınmış müğənni Rəqsanənin qızı Aysunun anasının həyat yoldaşı ilə səmimi görüntüləri yayılıb.

Yenisabah.az xəbər verir ki, ifaçı həyat yoldaşı ilə qızının rəqs etdiyi səmimi görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdə Aysun “Bu adam mənim atamdır, atam” – deyə bildirib. pizza

Sosial şəbəkə istifadəçiləri Aysunun ögey atası ilə xoş münasibətinə təriflər yağdırıblar.

Qeyd edək ki, Rəqsanə biznesmen həyat yoldaşı Fazil Əmiraslanovla 2011-ci ildə məclislərdən birindən tanış olduğunu bildirib. 4 illik sevgi münasibətlərindən sonra cütlük evlənmək qərarına gəlib. Fazil Əmiraslanov Rəqsanənin iki qız övladını (Aysun və Yağmur) da öz soyadına keçirib.

Bundan başqa Fazil Əmiraslanovun ilk evliliyindən də Elvin adlı oğlu var.  İş adamı ilə Rəqsanənin isə əkiz övladları var.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!