Həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif idman yarışında uğur qazanıb.
"Yeni Sabah" xəbər verir ki, Yusif Gəncədə təşkil olunan karate yarışında iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gənc idmançı qazandığı birincilikdən sonra sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımında qələbəsini yaxın vaxtlarda vəfat edən dayısının xatirəsinə həsr edib: pizza sifarişi
"Bu qələbəni dayım Orxana həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi. Bilirəm ki, yuxarıdan məni izləyirsən".
Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı qəsdən adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama ittihamları üzrə təqsirli bilinərək məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız