Rəşad Mahmudov üçün özəl gün: Yubiley yaşına çatdı

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Mahmudov üçün özəl gün: Yubiley yaşına çatdı

Sosial

18 Yanvar 2024 10:28 657


Bu gün, 18 yanvar tarixində millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəşad Mahmudovun ad günüdür. 

Yenisabah.az xəbər verir ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1991-ci ildə Astara rayonunun Səməd Vurğun adına orta məktəbini bitirib. 1991-1997-ci illərdə 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 

1997-2003-cü illərdə Türkiyə Cumhuriyyəti Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil alıb. 2003-cü ildə Türkiyə Cumhuriyyəti Ege Universitetində Uzmanlıq Diplomunu müdafiə edib.  Toyuqlu pizza

Rəşad Mahmudov 2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb. 

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. 

O, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 

Hazırda Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür. 

Təbrik edirik! 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!