9 Avqust - 06:01
Rəşad Sadıqov Antalyada xəstələndi, oyuna gələ bilmədi

Rəşad Sadıqov Antalyada xəstələndi, oyuna gələ bilmədi

İdman

14 Yanvar 2022 23:11 526


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanıında olan "Zirə" dünən ilk yoxlama oyununu keçirib.

“Qartallar” Macarıstan "Peç"i ilə qarşılaşıb.

Matç rəqibin 5:3 hesablı qələbəsiylə başa çatıb. "Zirə"nin heyətində Ağabala Ramazanov, Vüsal Əliyev və İlkin Muradov fərqlənib.

Baş məşqçi Rəşad Sadıqov bu qarşılaşma zamanı texniki zonada əyləşməyib. Araşdırdıq və məlum oldu ki, gənc çalışdırıcı bir həftədir həkim nəzarətindədir.

Güclü soyuqdəymədən əziyyət çəkən “Pro” kateqoriyalı mütəxəssis bu müddətdə komandanın məskunlaşdığı otelı tərk etmir.

"Zirə" yanvarın 20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq./Sportinfo.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!