“Rəşid Behbudov imkan vermədi “Nəsimi”yə çəkilim” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Rəşid Behbudov imkan vermədi “Nəsimi”yə çəkilim” - Video

Şou

04 Dekabr 2024 11:25 599


Əməkdar artist Ruhəngiz Musəvi iddia edir ki, “Nəsimi” filmində Şəms obrazını canlandırmalı imiş.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “El canlı” verilişində danışıb.

Müğəninin sözlərinə görə mərhum Xalq artisti Rəşid Behbudov buna imkan verməyib: Dominos pizza

“Bəli, dahi Rəşid müəllim məni “Nəsimə” filminə çəkilməyə icazə vermədi. 1972-ci ildə Rəşid Behbudov adına musiqili teatrda çalışırdım. Tərəf müqabilim Eldar Mahmudov olub. Tofiq Quliyevin yaradıcılıq gecəsi idi. Mən də o tədbirə müğənni kimi dəvət almışdım. Diktor Rafiq Hüseynov mənə yaxınlaşıb dedi ki, bəs İsa Hüseynov və Həsəd Seyidbəyli deyirlər ki, Şəmsimizi tapmışıq.

Bircə Rəşid Behbudovdan icazə almaları qalmışdı. O da dedi ki, bura sənin üçün kinostudiyadır?! Get ya kinoya çəkil, ya da oxu”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!