Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behbudova (Rəşidə Rəşid) 81 yaşlı Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə evlənməsi iddialarına kinayəli münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, o, “Facebook” hesabında paylaşım edib.
“Əziz quşcuğazım, axı mənimlə evlənəcəyinə söz vermişdin və bütün ötən illər boyu məni sevdiyinə dair and içirdin. Nə oldu? Hətta məni Müslüm Maqomayevdən şəxsən istəmişdin. Ah, xəyanət, bivəfalıq... bivəfalıq“. Toyuqlu pizza
Sonrakı şərhlərində Rəşidə Rəşid üçüncü evlilik xəbəri çıxan Milli Məclis üzvü ilə daha möhkəm məzələnib:
“Gəlin ümidi itirməyək, görəcək günlər qabaqdadır. Bütün ömür... soyun və gözlə”.
Əməkdar artist əlavə edib: “Onun (Polad Bülübüloğlu – red.) Müslim Maqomayevin bağ evinə gəlişi barədə yazmaq istəyirəm. Yaraşıqlı ərimi atıb ona ərə getməyimi istəyirdi... bu, kimsənin bilmədiyi sensasiyadır.
Məsələdən haliyəm və hətta hamıdan çox. Yalan danışır.
Gözəl ərim Kamili heç bu qocaya dəyişərəm?! Həm də əxlaqsız adama? Dünyasında etmərəm, Kamil hara, o hara, bircə kərə baxmaq kifayətdir”.
R.Rəşid daha sonra əri Kamil Şahverdinin də kədərləndiyini qeyd edib: “Mənə görə. Hətta başım ağrıdı... Məni nə qədər gözlədi. Gözlədi, aha, günü gəldi. Onun kim olduğuna baxmaq və kim olduğunu öyrənmək istəyirəm.
Yazıq oğlu... Doğrudur, onun “yabısı” varlıdır. Arvadı Gülya (Gülnarə Şıxəliyeva - red.) onu necə də rahat buraxdı. Bir vaxtlar intriqa və təhdidləri ilə özünü ona aldırmışdı. Görünür, onun əri barədə məxfi dosyesi artıq aktual deyil, ya da yandırtdırıb, aliment verməyəcəyi ilə qorxudaraq. Arvadından cavab addımı gözləyirəm.
Məgər bu xoşbəxtlikdir?!”
Aydan Hacı
Telegram kanalımız