Rəsmi sənəd üzə çıxdı: Bakıdakı universitetlər bölgələrə köçürülür?

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi sənəd üzə çıxdı: Bakıdakı universitetlər bölgələrə köçürülür?

Sosial

06 Mart 2024 14:12 3701


Azərbaycanda universitetlərin bir bölgədən digərinə köçürülməsi real deyil.

Report-un məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

Bildirilib ki, hər hansı ali təhsil müəssisəsinin bir bölgədən digərinə köçürülməsi üçün yeni bölgədə müvafiq maddi-texniki baza və infrastruktur yaradılmalıdır ki, bu işlər çox böyük maliyyə vəsaiti tələb edir. pizza sifarişi

Eyni zamanda qeyd olunub ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" təsdiq edilib. Strategiyanın Tədbirlər Planında universitetlərin köçürülməsi ilə bağlı tədbirlər nəzərdə tutulmayıb. Odur ki, yaxın gələcəkdə Kürdəmir şəhərinə hər hansı ali təhsil müəssisəsinin köçürülməsi real deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!