ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının (Aİ) mallarına yüksək idxal rüsumlarının tətbiq ediləcəyini və ABŞ-nin texnologiya şirkətlərinə qarşı kəsilmiş cərimələrin ləğvinə nail olacağını bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, Tramp bu barədə "Apple" şirkətinə tətbiq edilən cəriməni şərh edərkən "Truth Social" platformasındakı paylaşımında yazıb.
"Avropa İttifaqı bu qanunsuz və tamamilə qeyri-etik davranışına görə çox ağır bədəl ödəyəcək. Mən onları bu barədə dəfələrlə xəbərdar etmişdim", - deyə Tramp bildirib. Toyuqlu pizza
ABŞ Prezidenti əlavə edib ki, cərimələr tamamilə ləğv ediləcək və Aİ ölkələrinə qarşı münasib vaxtda əhəmiyyətli idxal rüsumları tətbiq olunacaq.\Oxu.Az
Telegram kanalımız