Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı döydü

saytların hazırlanması

Evə çatdırılma

Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı döydü

Kriminal

29 Yanvar 2025 22:12 374


Bakı şəhəri, Nizami rayonunda yerləşən restoranların birinin icarədarı ofisiantı döyüb.

Yenisabah.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, restoran işlədən İ.Fərid adlı sahibkar Samirə adlı qadın ofisiantı döyməkdə ittiham edilib.

Belə ki, sahibkar restoranda Samirənin “TikTok”da canlı yayım açdığını görüb. O, ofisianta əsəbiləşib və “sən sabahdan istirahətdəsən”, - deyib. Sezar pizza

Hadisənin səhəri günü Samirə gündəlik 20 manat əməkhaqqını almaq üçün Fəridin yanına gəlib. Sahibkar isə işdən qovduğu şəxsin maaşını ödəməkdən imtina edib. Zərərçəkmiş qadın sahibkara “haram xoşun olsun”, - deyib. Bu zaman Fərid restoranda olan müştərilərin yanında Samirəyə hücum edərək onu təhqir edib. Daha sonra onun üzünə qapını çırparaq yumruqla baş nahiyəsinə zərbə vurub.

Nəticədə Samirə baş və bədənin müxtəlif nahiyələrindən zədə alaraq xəstəxanaya yerləşdirilib.

Məhkəmənin qərarı ilə Fərid Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 ay müddətə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!