Restoranlar bu yola da əl atdı - Yağın pulunu hesaba ayrıca yazdılar

saytların hazırlanması

Evə çatdırılma

Restoranlar bu yola da əl atdı - Yağın pulunu hesaba ayrıca yazdılar

Sosial

25 May 2026 15:20 261


Aparıcı Cəlalə Nəzərova restoranlardan birində üzləşdiyi maraqlı vəziyyəti sosial şəbəkə hesabında paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, o, çekə sifariş etdikləri kəndsayağı kartofun hesabına əlavə “yağ pulu” yazıldığını bildirib.

C.Nəzərovanın sözlərinə görə, buna etiraz etdikdə restoran əməkdaşları kartofun xüsusi qazanda deyil, tavada hazırlandığını əsas gətiriblər. Müştəri buna zarafatla reaksiya verərək “elədirsə, tavanın pulunu da əlavə edin” deyib. Daha sonra yağ üçün nəzərdə tutulan məbləğ hesabdan silinib. Toyuqlu pizza

Aparıcı restoranın adını açıqlamayıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!