Restoranlarda qiymətlər niyə bahalaşıb? - “Sahibkarların məqsədi müştərini soymaqdır“

saytların hazırlanması

Evə çatdırılma

Restoranlarda qiymətlər niyə bahalaşıb? - “Sahibkarların məqsədi müştərini soymaqdır“

Sosial

21 Aprel 2021 15:03 649


Paytaxt restoranlarında pandemiya dövründən əvvəlki qiymətlərlə indiki qiymətlər arasında ciddi fərq yaranıb. Sakinlərin, sosial şəbəkə istifadəçilərinin şikayətlərinə görə, yeməklərin qiyməti çox bahalaşıb. Maraqlıdır ki, yeməklərdə ən çox istifadə edilən əsas qida ətdir. Ərzaq bazarında ətin qiymətinin ucuzlaşdığını nəzərə alsaq, qiymətlərin artmasının başlıca səbəbi sual olaraq qalır.

Yenisabah.az xəbər veriir ki, bu mövzuda modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd deyib ki, qiymətləri bahalaşdıran şəbəkələrin məqsədi öz zərərlərini istehlakçıların hesabına örtməkdir:

“Bazar iqtisadiyyatı qanunlarına əsasən, qiymət bahalaşması tələb artan zaman olmalıdır. Koronavirusun çox yayıldığı dönəmdə isə insanlar Marqarita pizza

restoranlara çox axın etmir və bu o deməkdir ki, tələb azalıb. Buna baxmayaraq biznes sahibləri qiymətləri qaldırıblar. Məqsədləri öz zərərlərini istehlakçıların hesabına örtməkdir. Bu qanun pozuntusu olmasa belə, istehlakçılara qarşı atılmış yanlış addımdır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!