“Rəsulzadənin də atası ruhani olub, deməli, o, demokrat deyil?!” - Hacı Şahin müqayisəsi

saytların hazırlanması

Evə çatdırılma

“Rəsulzadənin də atası ruhani olub, deməli, o, demokrat deyil?!” - Hacı Şahin müqayisəsi

Sosial

16 İyul 2026 12:28 364


“Yeni Sabah” sosial şəbəkədə elm və din xadimlərinin, daha doğrusu, mərhum Hacı Şahinlə müqayisəyə dair sənətşünas Nadir Bədəlovun münasibətini öyrənib.

Bu seçim təsadüfi deyil. Çünki Nadir Bədəlov uzun müddət Azərbaycan tarixinin tanınmış simaları barədə “Dahilərin divanı” verilişinin aparıcısı olub.

– Sabiq deputat Etibar Əliyev davamlı olaraq “Facebook” səhifəsində mərhum din xadimi Hacı Şahini bir neçə elm adamı ilə müqayisə edir, “meydan Hacı Şahin kimilərindir” ifadəsini səsləndirib. Sizcə, bu cür müqayisə düzgündürmü? Toyuqlu pizza

– Mən professor Etibar Əliyevin mövqeyini qəbul etmirəm. Dininin elmə qarşı qoyulması ilə qəti razı deyiləm. Hacı Şahin bir neçə dəfə “Dahilərin divanı”nda da iştirak edib. Üstəlik, həmin verilişlər elmi mövzulara həsr olunmuş, həmin mövzularla maraqlı çıxışlar etmişdi. O, dini mövzularla yanaşı, elmi mövzuları da bilirdi. Onu elm xadimlərinə zidd qoymaq düzgün yanaşma deyil.

– Cəmiyyət və insanlar arasında din xadimlərinin reputasiyasının elm adamlarına nisbətən daha yüksək olması fikri ilə razısınızmı?

– Bütün dövrlərdə elm adamlarına nisbətən, din xadimləri ilə insan arasında daha isti münasibət olub. Elm xadimləri dövlət və dünya elm ictimaiyyəti tərəfindən öz qiymətlərini alıb. Burada müqayisə düzgün deyil. İslam dininin müqəddəs kitabı olan Qurani-Kərimdə ən çox işlənən söz “elm”dir. Dinimizdə elm və din arasında fərq qoyulmur və ziddiyyət qətiyyən mümkün deyil.

Din xadimi və elm adamı arasında mükalimə mütləq lazımdır. Onların arasında qarşılıqlı hörməti saxlamaq şərti ilə mübahisə olmalıdır, amma ziddiyyət yox. Sözsüz ki, elm və din xadimləri müəyyən məsələlər ətrafında mühakimə yeritməli, yeri gəldikə bir-birinə uyğun gəlməməlidr. Bu mütləqdir.

– Məmməd Əmin Rəsulzadə, Seyyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə və bu qəbildən bir çox siyasi-ctimai, ədəbi xadimin ata və ya babası ruhani olub...

– Əgər kimlərlə bu müqayisəni qarşı-qarşıya qoyursa, deməli, həmin adamların Azərbaycan tarixindən xəbəri yoxdur. Keçmişdə ruhani alim demək idi. O vaxtın alimləri elə ruhanilər idi. Onlar elmdən uzaq deyildi və dinin daxilində elmlə məşğul olurdular. Ruhanilər çox böyük və əhəmiyyətli kəşflər edilib. Cəbr elminin əsasını qoyan Əl-Xarəzmi, dünyaca məşhur həkim-filosof İbn Sina və digər elm adamları da ruhani olub. Onlar dindən uzaqlaşmış, kənarlaşmış alimlər deyildi.

Bu gün dünyəvi cəmiyyətdə yaşayırıq, amma bu o demək deyil ki, bizim mənəvi dəyərlərimiz, etiqadımız yoxdur. Bunlar hamısı həyatımızda iştirak edir. Əks halda, ölümə, məhvə doğru gedərik. Seyid Əzim Şirvaninin atası ruhani olubsa, deməli, onun şeirlərini inkar etməliyik? Yaxud Məmməd Əmin Rəsulzadənin atası ruhani olubsa, deməli, o, demokrat deyildi? Demokratiya dinin özündə də var.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!