Hökumə Əliyevanın anasını duyğulandıran jest   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Hökumə Əliyevanın anasını duyğulandıran jest - VİDEO

Sosial

15 Avqust 2026 12:51 511


Dünən Yaşıl Teatrda müğənni Rəvan Qarayevin ilk solo konserti baş tutub.

“Yeni Sabah” xəbər verir ki, gecənin qonaqları arasında AZAL təyyarəsinin qəzasında həyatını itirən və ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən Hökumə Əliyevanın anası Kəmalə xanım da olub.

Rəvan Qarayev səhnədən Kəmalə xanıma xüsusi salam göndərərək ona böyük hörmət və ehtiramını ifadə edib. Daha sonra sənətçi səhnədən aşağı enərək Kəmalə xanımın yanına gedib, onun əlindən öpüb. Dördpendirli pizza

Konsertin ən kövrək məqamlarından biri isə Rəvan Qarayevin Hökumə Əliyevanın hər kəsin yaddaşında qalan “Hər şey yaxşı olacaq” sözlərinə yazdırdığı mahnını səsləndirməsi olub.

Hökumənin anası Kəmalə xanım qızının səsi və xatirəsi ilə bağlı bu duyğulu ifanı dinləyərkən göz yaşlarına hakim ola bilməyib.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!