“Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurur ki...” -  Xoşqədəmə ağır sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Reytinq xətrinə qonağına “Dimedrol” iynə vurur ki...” - Xoşqədəmə ağır sözlər

Şou

03 May 2020 23:08 2131


Azərbaycan Dövlət Televiziyasının (AzTV) bədii rəhbəri, teleaparıcı Ranar Musayev “MTV Azərbaycan” televiziyasında yayımlanan “Söhbətsiz” proqramında qonaq olarkən Xəzər TV-nin əsas siması, “Səni axtarıram” sosial-ictimai verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı haqqında qalmaqallı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, proqramın aparıcısı Samir Bayramlı “Adını çəkəcəyim teleaparıcılar haqqında şərh bildirin” sualı ilə Ranara müraciət edib.

Samir Xoşqədəm Hidayətqızının adını çəkər-çəkməz Ranar bu sözləri dilinə gətirib: pizza sifarişi

“Şərh bildirmək istəmirəm. Amma şərh var... Bir aparıcı ki, qonağına “Dimedrol” iynə vurdurur ki, onun ayaqları tutulsun, reytinq xətrinə gəzə bilən insan gəzməsin və bundan şou yaratsınlar... Nəinki aparıcı, o insan heç insan ola bilərmi?”

Ranar daha sonra aparıcı Nanə Ağamalıyevanın kövrək qəlbli olduğunu söyləsə də, onu xoflu adlandırıb

“Nanə çox qəribə insandır. Nə qədər insanı çox istəsə də, xofludur. Kənardan çox güclü insana bənzəyir, amma onu müdafiə etməyə çox böyük ehtiyacı var. Bəzən kobud, sərt olsa da, qəlbi uşaq kimidir”.

Musayev yaxın dostu teleaparıcı Hüsniyyə Məhərrəmovaya bəzi məqamlarda nifrət etdiyini söyləyib:

“Hüsniyyə ilə hamı bilir ki, yaxın dostam. Hüsniyyə ilə ola bilər ki, bir-birimizi qıraq, problemlərimiz, konfliktlərimiz olsun, hətta bir-birimizə nifrət edək... O qədər olub ki, ona nifrət etmişəm. Amma Hüsniyyə canımın bir parçasıdır”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!