Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirildi

Sosial

13 Avqust 2023 13:57 968


Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 13-də baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.

Yenisabah.az xəbər verir ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

İmtahanın ikinci mərhələsində iştirak etmək üçün 934 namizəd qeydiyyatdan keçib. Bakı şəhərində 898, Naxçıvan şəhərində isə 36 namizədin imtahan verəcəyi gözlənilirdi. pizza mizza

Avqustun 14-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!