Rövnəq Abdullayev ərəblərlə görüşdü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Rövnəq Abdullayev ərəblərlə görüşdü - FOTO

İqtisadiyyat

01 Sentyabr 2026 13:30 131


Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Rusiyanın Kazan şəhərində Bəhreynin neft və ətraf mühit naziri Məhəmməd bin Mübarək bin Dinah ilə görüş keçirib.

“Yeni Sabah” xəbər verir ki, görüş “Tatarıstan Neft, Qaz və Kimya Forumu - 2026” çərçivəsində baş tutub. Tərəflər Azərbaycan-Bəhreyn iqtisadi münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini müzakirə edib. Söhbət zamanı xüsusilə enerji və ətraf mühit istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları diqqət mərkəzində olub.

Rövnəq Abdullayevin Tatarıstana səfəri zamanı Ximqrad Texnopolisi ilə də tanışlıq baş tutub. Burada fəaliyyət göstərən şirkətlərin istehsal potensialı, istifadə etdikləri texnologiyalar və reallaşdırdıqları layihələr barədə nümayəndə heyətinə məlumat verilib. pizza mizza

Qeyd edək ki, Kazanda təşkil olunan “Tatarıstan Neft, Qaz və Kimya Forumu - 2026” çərçivəsində müxtəlif ölkələrin biznes və dövlət nümayəndələri arasında əməkdaşlıq imkanlarının müzakirəsi, yeni texnologiyaların və avadanlıqların təqdimatı həyata keçirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!