Rövşanə dövlətdən yardım istəyən sənətçiləri qınadı - Ev, bağ, fəxri ad, orden versin...

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə dövlətdən yardım istəyən sənətçiləri qınadı - Ev, bağ, fəxri ad, orden versin...

Şou

01 Dekabr 2021 14:02 1144


“Hər şeyi dövlətdən ummaq olmaz. Ev, bağ, fəxri ad, orden versin...”

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə hesabında yazıb.

O, dövlətdən yardım istəyən sənət adamlarını ad çəkmədən tənqid atəşinə tutub: Dördpendirli pizza

"Ad çəkib kimlərisə incitmək istəmirəm. Hər şeyi dövlətdən ummaq olmaz. Ev, bağ, fəxri ad, orden versin... Təbii ki, söhbət sənətdə müstəsna xidmətləri olanlardan, sənət tarixinə imza atanlardan getmir. Hamıya da şamil etmək olmaz... Mən "Xalqa xidmət göstərmişəm" deyib dövlətə minnət qoymağı yalnış hesab edirəm. Sevdiyin sənəti seçmisən, məşğul olmusan və bu peşəyə görə az-çox məvacib almısan. Bu işə səni heç kim məcbur etməyib. Yenə də deyirəm, sözüm sənəti özündən böyük olanlara deyil! Ona qalsa müəllim, həkim, polis, jurnalist, neftçi də xalqa xidmət edir və heç də az xidmət göstərmirlər.

Məncə, insan həyatını elə qurmalıdır ki, sabah doğmaları, əzizləri ona sahib çıxsınlar. Övladları yiyə dursunlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    TAMAMİLƏ DOĞRUDUR. YAXŞI OLARKİ SOVET SİSTEMİNDƏN. İMTİNA EDİRİKSƏ GƏRƏK ONA AİD OLAN ADLARDAN DA İMTİNA EDƏK.
    4 years ago