Rövşanə tanınmış vəkili məhkəməyə verir –   Qalmaqal + Video

saytların hazırlanması

Evə çatdırılma

Rövşanə tanınmış vəkili məhkəməyə verir – Qalmaqal + Video

Şou

07 Aprel 2020 13:01 1381


Teleaparıcı Rövşanə Ağasəfqızı vəkil Türkel Süleymanlını arasında qarşıdurma yaşanıb. 

Yenisabah.az xəbər verir ki, aparıcı T.Süleymanlını məhkəməyə verir. Bu haqda o, ARB telekanalında yayımlanan "Elgizlə izlə" verişində deyib. Buna səbəb vəkilin Rövşanə Ağasəfqızının aparıcısı olduğu "Səhər-səhər" proqramı ilə bağlı sosial şəbəkədə mənfi fikirlər yazması və sonda "Tüpürüm sizin missiyanıza" ifadəsini işlətməsi olub.

 T.Süleymanlının veriliş haqda yazdığı statusu təqdim edirik: "Deməli, efirdə rəhmətlik Nuriyyə Əhmədovadan danışırlar. Aparıcı Rövşanə Ağasəfqızı deyir ki, nahaq Nuriyyə (yəni iş yoldaşlarına yol pulu olmadığını deməyəndə) artıq qürur göstərirdi. Rövşanə, artıq qürur olmur! Qürur ya var, ya yoxdu... Efirin axırında da lap ürəyim bulandı. Rövşanə deyir ki, bu nə deməkdir, Nuriyyə, prezident təqaüdü alırdın, nə evin var, nə nə geyimin. Ölənlərin dalınca danışmaqla reytinq yığırsan. Lap gözümdən düşdün. Əlbəttə, yazıq Nuriyyə, sən də indikilərin bir çoxu kimi sənətinlə yaşayıb qürurlu olmasaydın, çalıb-oynasaydın, indi Rövşanə sənə hörmət edərdi. Verilişin axırında da Rövşanə deyir ki, bu gün biz missiyamızı yerinə yetirdik, Nuriyyə xanımı xatırladıq. Başdan-ayağa dedi-qodu etdin, rəhmətliyə irad tutdun ki, niyə məğrur idi, çalışdın ki, qonaqlardan hansısa intim sirlərini alasan. Tüpürəsən belə missiyaya!" pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!