Xəbər verdiyimiz kimi "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb. Belə ki, proqramın aparıcısı Zaur Kamalla iranlı müğənni Afşin Azəri arasında mübahisə yaranıb.
Daha sonra Z.Kamal müğənniyə "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək, onu efirdən qovub.
Aparıcının bu addımı birmənalı qarşılanmayıb, bəziləri onun bu hərəkətinin tərbiyəsizlik olduğunu bildiriblər. pizza sifarişi
Mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı Rövşanə Bektaşi həmkarının müdafiəsinə qalxıb:
“Həmin kadrları gördüm, amma nə deyim həmkarıq. Bilmirəm efirdən öncə orada nə baş verib. Hər halda aparıcını da bilmədən qınamaq düzgün deyil, biz efirdən öncə nə baş verdiyini bilmirik. Çünki Zaur Kamal ona çox aqressiv yanaşdı. Ola bilər ki, qonaq da aparıcıya hörmətsiz yanaşıb. Efirdə o dedi ki, “Mənə arxanızı çevirdiniz”, “yanaşmanız sərt oldu” və s. Ola bilər ki, qonaq aparıcıya hörmətsiz yanaşıb, buna görə aparıcı da ona bu formada münasibət bildirdi. Məsələnin kökünü bilmədən bununla bağlı nəsə demək olmaz, bəlkə də aralarında hər hansı insident olub. Heç bir aparıcı durduğu yerdə o formada qonağı efirdən qozmaz. Niyə onu qovsun, efirinə qonaq çağırıb. Düşünürəm ki, əvvəllcədən aralarında nəsə olub”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız