Röya məclisə dəvətsiz getdi - Çağırılmamış qonağı necə qarşıladılar?

saytların hazırlanması

Evə çatdırılma

Röya məclisə dəvətsiz getdi - Çağırılmamış qonağı necə qarşıladılar?

Şou

02 İyun 2023 10:20 962


Xalq artisti Röya Ayxan Brilliant Dadaşovann evlilik ildönümü ilə bağlı məclisinə dair paylaşım edib.

Yenisabah.az xəbər verir ki, o, "Instagram"da məclisə dəvətsiz getdiyini yazıb:

“Brilliant Dadaşovanın 35 illiyk evliliyini qeyd etdiyi gecədən gəlirəm. Məni ora çağırmayıb. Amma həmişə evində qonaq olmuşam, evinin qızıyam. O da mənim evimin gözəlidir. Adını da belə yazmışam: “Gözəlim”. Sezar pizza

Bu dəfə də eşitdim ki, belə bir gündür. Fikirləşdim ki, məni niyə çağırmayıb? Eşitdim ki, deyib, Cahidin toyunda çağıracam, indi demək ayıbdır. Bəlkə mən sənin oğlunun toyunda öldüm, bəlkə o qədər yaşamadım. Neynirəm o qədər gözləyim? Böyük sevgi ilə ora getdim.

Hara çevirsəniz, insan olduğu kimi var, o necə doğulub elə də olur. Bəlkə bir dostunuz sizi çağırmaz, amma ora gedin. Çünki  bəzən çağırmaq üçün utanırlar. Çox maraqlı bir gecə idi. Sevinirəm ki, orada iştirak etdim.

Sevgi odur ki, sən insanları sevə biləsən. İnsanları sevə bilmirsənsə, sənə qarşı da sevgi ola bilməz. Mən heç nəyə görə sevgimi satmaram. Düşünürəm ki, mənim sevgim dünyanın ən güclü sevgisidir. Çünki o qədər dərin sevirəm ki, məni Zülfiyyə xanım, Brilliant xanım, Elnur Həsənov, Anarlar, oğlum Hüseyn, hər kəs sevir. Bütün bunları deməyimin səbəbi odur ki, rahat olun. O zaman həyat çox gözəl olacaq”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!