Müğənni Nura Suri Azərbaycanı beynəlxalq tədbirdə təmsil edən Roza Zərgərlinin uğurunun yerli mediada yetərincə işıqlandırılmamasından narazılığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, Nura Suri bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Roza Zərgərlinin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış etdiyini qeyd edib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək səviyyəli qonaqlar iştirak edib.
Nura Suri bildirib ki, Roza Zərgərlinin ölkə xaricində qazandığı uğurlara yerli mediada kifayət qədər diqqət ayrılmır: pizza sifarişi
“Bizimkilər Roza Zərgərlinin ölkə xaricindəki uğurlarına biganə yanaşdıqca o, daha da çox uğur qazanır.
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və digər yüksək səviyyəli qonaqların qatıldığı bu mərasimdə 20-yə yaxın ölkənin liderləri iştirak edib. Amma gördüyüm qədərilə, saytlarımızdan yalnız bəziləri onun çıxışı barədə xəbər yayıb.
Başa düşə bilmirəm, necə olur ki, TikTok-da məşhurlaşan, cəmiyyətə, dövlətə heç bir xeyri dəyməyən insanları təbliğ edirlər, amma Azərbaycan musiqisini ölkə sərhədlərindən kənarda sevdirə bilən bir sənətçinin uğurlarını eyni həvəslə işıqlandırmırlar? Səbəb nədir?”
Aytac Əliyeva
Telegram kanalımız