Rubio Azərbaycan xalqına təbrik ünvanladı

saytların hazırlanması

Evə çatdırılma

Rubio Azərbaycan xalqına təbrik ünvanladı

Siyasət

28 May 2026 09:32 43


"Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və Cənubi Qafqazda dayanıqlı sülhə sadiqliyi alqışlayır".

"Yeni Sabah" xəbər verir ki, bu, ABŞ dövlət katibi Marko Rubionun 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqınına təbrikində deyilir.

Təbrik ABŞ Dövlət Departamentinin rəsmi saytında dərc edilib:. Pepperoni pizza

"Amerika Birləşmiş Ştatları adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.

Son bir il ərzində münasibətlərimizi strateji tərəfdaşlığa yüksəltdik və bu, vitse-prezident Cey Di Vens və Prezident İlham Əliyev tərəfindən Bakıda Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə nəticələndi.

Biz regional infrastrukturun, iqtisadi əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi yolu ilə tərəfdaşlığımızın daha da güclənəcəyinə ümid edirik.

Amerika Birləşmiş Ştatları Azərbaycanın Cənubi Qafqazda davamlı sülhə sadiqliyini alqışlayır və bu səylərdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyir. Qarşıdan gələn ildə və sonrakı illərdə tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!