Səmərqənddə Mərkəzi Asiya xarici işlər nazirləri və ABŞ dövlət katibi Marko Rubionun C5+1 formatında görüş keçirilib.
"Yeni Sabah" xəbər verir ki, görüşün nəticələrinə dair bəyanata əsasən, terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik və silah qaçaqmalçılığı və insan alveri ilə mübarizə də daxil olmaqla, regional təhlükəsizliyin gücləndirilməsi, eləcə də dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.
Bəyanatda əlavə edilib ki, tərəflər kibertəhlükəsizlik və vacib infrastrukturun qorunması sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində gələcək əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər. Toyuqlu pizza
Telegram kanalımız