Rüfət Həmzəyevin yeni kanalı fəaliyyətə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Rüfət Həmzəyevin yeni kanalı fəaliyyətə başlayır

Sosial

04 Noyabr 2024 10:55 1481


AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev yeni işi barədə açıqlama verib.

Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, o bu gündən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başladığını bildirib:

“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan - Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”. Dördpendirli pizza

Rüfət Həmzəyevin sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər:

“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər.

Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.

Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!