Ruhəngiz Allahverdiyeva Elgizin verilişində əsəbiləşdi

saytların hazırlanması

Evə çatdırılma

Ruhəngiz Allahverdiyeva Elgizin verilişində əsəbiləşdi

Şou

29 Yanvar 2024 12:04 575


Əməkdar artist Ruhəngiz Allahverdiyeva TV-də əsəbiləşib.

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, o, "Elgizlə izlə"də studiyaya girməmiş kulisdə özündən çıxıb.

Həmin an Elgiz "Bu nə haray, müsibətdir, baş verir?" deyə müğəninin yanına gedib. Sezar pizza

Həmin an mikforonlar söndürülüb, efirə yüksək səslə musiqi verilib. Kameralar Allahverdiyevanın Elgizlə etiraz dolu dialoqunu çəkərək nümayiş etdirib.

Müğənninin mikrofonu bağlı olsa da, dediyi aydın sezilib: "Bir daha bu verilişə gəlməyəcəyəm. Çıxıb gedirəm. Qurtardı, getdi. Mən daha olmayacağam burada. İstəmirəm".

Studiyaya qayıdan Elgiz müğənninin əsəbiləşməsinin səbəbini belə açıqlayıb:

"Deyirlər ki, ən böyük biclik düzlükdür. Ruhəngizin bir qız tələbəsi var. Mənə söylədi ki, onunla birgə verilişə gəlmək istəyir. Mən də sevindim və razılığımı verdim. İndi geyim məsələsi çox ciddi nəzarət olunur. Tələbə xanım açıq-saçıq geyimdə gəldiyi üçün onu efirə buraxa bilmədik. Ruhəngiz də buna görə əsəbiləşdi".

Daha sonra R.Allahverdiyeva hədiyyələrlə studiyaya daxil olub və E.Əkbəri doğum günü münasibəti ilə təbrik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!