Ruhi: gözlərim dolur, özümdən asılı olmadan qəhərlənirəm - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ruhi: gözlərim dolur, özümdən asılı olmadan qəhərlənirəm - Fotolar

Şou

23 May 2024 11:34 534


“Liatris Holdinq”in rəhbəri Ruhiyyə Əliyeva (Ruhi) arxiv görüntülərini paylaşıb.

Yenisabah.az xəbər verir ki, o, uşaqlıq şəkillərini sosial şəbəkə hesabında bölüşərək nostalji hisslər yaşadığını qeyd edib:

“Uşaqlıq həyatımızın ən saf və təmiz hisslərlə yaşadığımız illərdir. Hər bir insan üçün onun uşaqlığı xoş və əvəzolunmaz hisslərlə xatırlanır. Uşaqlıq illərim yadıma düşəndə kövrək və eyni zamanda, fərqli duyğular yaşayıram. Bəzən gözlərim dolur, özümdən asılı olmadan qəhərlənirəm. O günlər üçün köks ötürür, sanki darıxıram.

Bəzən indiki dövrlə uşaqlıq illərimi müqayisə edirəm və bilirsiniz nə hiss edirəm? Heyf o günlərdən...istəsək də, arzulasaq da, daha qayıda bilmirik o illərə. Bir insan ömrünün ən qayğısız illərinə daha həsrətlə baxırıq. Qayıda bilmərik daha o illərə. Bu şəkillərə baxdıqca məktəbdə satılan şirin qoğalın və yumru kökənin dadını, nənəmin təndir çörəyinin iyini, həyətimizdəki meyvə ağaclarını, evimizin yanındakı arxdan axan suyun səsini və daha nələri xatırlayıram. Qızlarla oynadığımız cürbəcür oyunlar, bayramlarda qapı pusub papaq atmalar, tonqal üstündən tullanmalar və s. xoşbəxt edirdi bizləri.

Xatirələri xoş, arzuları çox uşaqlıq...Uşaqlıq, sən bizdən gen düşdün artıq”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!