Ruhi imkanlı şəxsləri əsgər ailələrinə dəstək olmağa səslədi

saytların hazırlanması

Evə çatdırılma

Ruhi imkanlı şəxsləri əsgər ailələrinə dəstək olmağa səslədi

Şou

04 Noyabr 2020 12:10 1564


Müğənni, iş qadını Ruhi Əliyeva cəbhədə olan hərbçilərimiz barədə danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan R.Əliyeva cəbhədə döyüşənlərin ailə problemlərinin həll edilməli olduğunu bildirib:

"Bu günlərdə aparılan Vətən müharibəsində arxa cəbhədə olan insanlar ön cəbhədə döyüşən əsgərlərimizlə bərabər onların ailələrini də yaddan çıxarmamalıdır. Cəbhədə döyüşən əsgərimizin fikri ancaq döyüşdə olmalı, ailəsinin problemləri onu düşündürməməlidir. Marqarita pizza

Məhşur "Tütək səsi" filmində Qılınc Qurbanın dediyi kimi "igid əsgər cəbhədə arxayın olmalıdır ki, evdə hər şey qaydasındadır, yoxsa döyüşə bilməz".

O, imkanlı şəxsləri, iş adamlarını onlara dəstək olmağa səsləyib:

Ona görə də iş adamları, imkanlı şəxslər ehtiyacı olan hərbiçi ailələrinə dayaq olmalı və onların problemlərinin həll olunmasında dövlətimizə dəstək olmalıdır ".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!