Rus ordusu Zaporojye AES-i tərk edir - Ukrayna kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

Rus ordusu Zaporojye AES-i tərk edir - Ukrayna kəşfiyyatı

Dünya

30 İyun 2023 12:55 693


Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını (AES) tərk edir. 

Yenisabah.az Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir ki, obyekti idarə edən “Rosatom” şirkətinin 3 əməkdaşı artıq ərazidən çıxıb: ““Rosatom”la müqavilə bağlayan ukraynalı işçilərə də təxliyə tövsiyə olunub. Onlar iyulun 5-dək ərazini tərk etməlidirlər”.

Məlumata görə, ərazidə hərbi patrulların da sayı getdikcə azalır: “Stansiyadakı heyətə tapşırılıb ki, istənilən fövqəladə hadisə ilə bağlı Ukrayna tərəfi günahlandırılsın”. Marqarita pizza

Qeyd edək ki, Rusiya Zaporojye AES-i 2022-ci il martın 4-də işğal edib. Bu il iyunun 22-də Ukrayna Prezidenti Volodimir Zelenski qeyd etmişdi ki, qarşı tərəf sözügedən obyektdə terror aktı törətməyə hazırlaşır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!