Rusiya Azərbaycana minatəmizləmə texnikası göndərdi - Video
19 Yan 2021 18:15
226

Rusiya Azərbaycana minatəmizləmə texnikası göndərdi - Video

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avadanlıqlar gətirilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər