“Əsirlərin geri qaytarılması üzərində iş davam edəcək”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Kopırkin bunu iyunun 22-də jurnalistlərə müsahibəsində bildirib.
Səfir Rusiyanın 15 əsirin geri dönməsini məmnuniyyətlə qarşıladığını xatırladaraq bunun təbii ki, doğru istiqamətdə bir addım olduğunu qeyd edib. “Məlumdur ki, Rusiya bəri başdan bunun həyata keçirilməsini və bu yolda hərəkətin irəliləməsini təmin etmək üçün əlindən gələni edib və edir. Sülhməramlı kontingentimizin komandiri general Rüstəm Muradov burada çox mühüm rol oynayır. Bu, ölkə prezidentinin, müdafiə nazirinin və xarici işlər nazirinin rəhbərinin məsuliyyətidir. Bu həmişə asan olmur və çox səy tələb edir. Son mübadilə (əsirlərin minalanmış ərazilərin xəritələri ilə dəyişdirilməsi - red.) həm də Rusiya tərəfinin, Rusiya sülhməramlılarının hazırlıqlı, çox əhəmiyyətli işi olmasaydı, mümkün olmayacaqdı. Bu iş daim diqqət mərkəzində, səylər mərkəzindədir və iş davam edəcək”.
Telegram kanalımız