Rusiya MN Ukraynadakı “xüsusi hərbi əməliyyat”la bağlı yeni məlumatlar açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya MN Ukraynadakı “xüsusi hərbi əməliyyat”la bağlı yeni məlumatlar açıqladı

Dünya

13 Fevral 2023 18:36 770


Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən “xüsusi hərbi əməliyyat”la bağlı yeni məlumatlar açıqlayıb.

Yenisabah.az “Sputnik”ə istinadla xəbər verir ki, rus qoşunları Donetsk vilayətinin Krasnaya Qora qəsəbəsini ələ keçiriblər. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, Ukrayna Silahlı Qüvvələri (USQ) bir gündə 150-dən çox hərbçisini itirib.

“Donetsk istiqamətində hücum dəstələrinin könüllüləri “Yujnaya” qüvvələri qrupunun raket qoşunlarının və artilleriya atəşinin dəstəyi ilə “Donetsk Xalq Respublikası”nın Krasnaya Qora qəsəbəsini “azad ediblər”. Bir gün ərzində düşmənin itkiləri 150-dən çox Ukrayna əsgəri, 4 zirehli texnika, 6 yük maşını və 2 D-30 haubitsası olub” – məlumatda deyilir. pizza sifarişi

Departament qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Slavyansk vilayətində (DXR) 95-ci Ukrayna Hava Desant Briqadasının silah və hərbi texnikasının təmir-bərpa məntəqəsinə zərbələr endirib.

Ümumilikdə, Rusiya Silahlı Qüvvələrinin birgə qrupunun əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriyası sutka ərzində Ukraynanın 82 artilleriya bölməsini atəş mövqelərində, canlı qüvvə və hərbi texnika ilə birlikdə 126 rayonda vurub.

Nazirlik həmçinin bildirir ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gün Ukraynaya məxsus 9 pilotsuz uçan aparatı və 6 HIMARS raketini vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!