“Rusiya Finlandiyanın NATO-ya daxil olmasına cavab olaraq qərb və şimal-qərb istiqamətlərində hərbi potensialını gücləndirəcək”.
Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
O deyib: “Artıq hadisələrin bir hissəsi elan olunub. Finlandiya ərazisində NATO-nun digər üzvlərinin qüvvələri və aktivləri yerləşdiriləcəyi təqdirdə, Rusiyanın hərbi təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün əlavə addımlar atacağıq”. Dördpendirli pizza
Xatırladaq ki, bu gün NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-də alyansa qoşulacağını və NATO-nun Brüsseldəki mənzil-qərargahında ölkə bayrağının qaldırılacağını açıqlayıb.
Telegram kanalımız