“Rusiya fevralın 24-də başlayan Ukraynaya müdaxilədən sonra dəfələrlə nüvə təhdidi səsləndirib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.
O, Rusiya Təhlküəsizlik Şurasının (TŞ) katibi Nikolay Patruşevin son çıxışına münasibət bildirib. pizza sifarişi
Xatırladaq ki, Patruşev eyhamlı bir bəyanat verib: “Bu il Dünya çempionatı olmayacaq, bir neçə həftədən sonra isə dünyada qəribə şeylər baş verəcək”.
Öz növbəsində, İ. Hüseynov deyib:
“Ukrayna cəbhəsində geri çəkilmələri və Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatlarından sonra Kreml Luqansk, Donetsk, Zaporojye və Xersonda “referendum” keçirməklə, bu ərazilərin Rusiya Federasiyasına birləşdirilməsi prosesini həyata keçirir. Yəni “Krım ssenarisi” hazırda 4 bölgədə icra olunur.
Təbii ki, Ukrayna, eləcə Qərb koalisiyası bu faktla razılaşmayacaq və sonrakı dövrlərdə bu ərazilərin geri alınması üçün əməliyyat həyata keçiriləcək. Lakin Rusiya hazırkı status-kvonun saxlanılması ilə bağlı nüvə təhdidini irəli sürür.
Xatırladım ki, bir müddət öncə Zaporojye AES-ə raket zərbələrinin endirilməsi və nüvə partlayışı təhlükəsi yaranmışdı. Həm BMT, həm də IAEA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) mütəxəssisləri dəfələrlə Rusiyaya müraciətlər edib ki, bu cür təhdidlər sonda bütün bəşəriyyət üçün böyük fəlakətə gətirib çıxara bilər.
Siyasi müstəvidə davamlı olaraq müxtəlif rəsmi şəxslərin dilindən nüvə təhdidi səslənir. Hərbi əməliyyat meydanında əldə olunan nəticələrin daha sonra nüvə təhdidi ilə gücləndirilməsi yolverilməzdir”.
İ. Hüseynov əlavə edib:
“Əgər Rusiyanın suveren ərazisinə Ukrayna Silahlı Qüvvələri müdaxilə edərsə, o, hansı addımlar atacaq? Bu ssenaridə ola bilsin ki, KTMT-yə müraciət olunsun, yaxud Rusiya artıq bütün gücünü müharibəyə cəlb etsin.
Sözün düzü, KTMT ssenarisinə çox da inanmıram. Yəqin ki, Rusiya hazırkı status-kvonun gücləndirilməsini, daha sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara getməyi düşünür. Artıq Türkiyə prezidenti Ərdoğan da onları görüşdürə biləcəyini açıqlayıb”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız