Rusiya Odessanı bombaladı, ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Odessanı bombaladı, ölən və yaralananlar var

Dünya

23 İyul 2023 08:11 762


Rusiya qoşunları iyulun 23-də Ukraynanın Odessa şəhərinə raket hücumu həyata keçirib. Hücum nəticəsində ölən və yaralananlar var. 

Bu barədə “Report” Odessa vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiperin teleqram kanalına istinadən xəbər verir. 

Atəş nəticəsində bir mülki şəxsin öldüyü bildirilir.  pizza sifarişi

"Odessada saat 03.00-a olan məlumata görə, 4-ü uşaq olmaqla, 18 zərərçəkən var. 14 nəfər şəhər xəstəxanalarına yerləşdirilib, onlardan üçü uşaqdır", - Oleq Kiper bildirib. 

Kiperin sözlərinə görə, zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəyişə bilər. Təcili yardım briqadaları hadisə yerindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!