Rusiya ordusu Ukraynada “əriyir”: Canlı itki sayı 220 mini ötdü 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu Ukraynada “əriyir”: Canlı itki sayı 220 mini ötdü 

Dünya

19 İyun 2023 09:57 657


 

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 630 hərbçisini itirib.

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Pepperoni pizza

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 220 450 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 6 zirehli döyüş maşını, 18 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!