Rusiya qırıcıları Polşa hava məkanını pozub 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qırıcıları Polşa hava məkanını pozub 

Dünya

14 Fevral 2023 08:51 733


Niderland Hərbi Hava Qüvvələrinə məxsus iki “F-35” qırıcısı Polşa səmasında Rusiyaya məxsus üç hərbi təyyarədən ibarət qrupun qarşısını alıb. 

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

“Naməlum təyyarələr Rusiyanın Kaliniqrad regionu tərəfindən Polşanın NATO-nun məsuliyyət zonasına yaxınlaşıb”, - Niderland Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.  Dominos pizza

Bildirilib ki, iki “Su-27” qırıcısı və bir “İl-20M” elektron kəşfiyyat təyyarəsi ölkənin hava məkanını pozub. Niderlandın 2 “F-35”i Rusiya təyyarələrini müşayiət edib, onları Polşa hava məkanından çıxarıb. 

Niderland Müdafiə Nazirliyi ölkəyə məxsus 8 ədəd “F-35” qırıcısının müvəqqəti olaraq Polşada olduğunu vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!