Rusiya qoşunları Zaporojye AES-də genişmiqyaslı təxribat hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunları Zaporojye AES-də genişmiqyaslı təxribat hazırlayır

Dünya

27 May 2023 12:28 596


Rusiya qoşunları müvəqqəti işğal altında olan Zaporojye AES-də genişmiqyaslı təxribat hazırlayır və ruslar burada qəza təəssüratı yaratmaq niyyətindədir. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bunun üçün birbaşa ZAES ərazisinə hücum ediləcək. Bundan sonra radioaktiv materialların təcili buraxılması elan ediləcək. Ənənəvi olaraq, hadisəyə görə Ukrayna günahlandırılacaq”, - deyə məlumatda bildirilir. pizza

Departamentin məlumatına görə, ruslar öz hərəkətlərini mümkün qədər gizlətmək üçün MAQATE-nin mayın 26-na planlaşdırılan daimi müşahidə missiyasının heyətinin rotasiyasını pozublar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!