Sinop vilayətində AES-in tikintisi üzrə Rusiya ilə danışıqlar davam etdiriləcək.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Prezident Sinop əyalətində atom elektrik stansiyasının tikintisi üçün addımlar atacaqlarını bildirib. pizza
"Cənab Putinlə bu məsələ ilə bağlı danışıqlarımız olub, onları davam etdirəcəyik”, - Ərdoğan “CNN” Türk telekanalının efirində deyib.
Türkiyə lideri, həmçinin ölkənin cənubundakı Mersin vilayətində tikilən Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə işə salınacağını, stansiyanın özünün tikintisinin 2028-ci ildə tamamlanmasının planlaşdırıldığını vurğulayıb.
Telegram kanalımız