Rusiya-Ukrayna müharibəsində “fake“lər: “Əgər beyinləri işləyirsə...“

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Ukrayna müharibəsində “fake“lər: “Əgər beyinləri işləyirsə...“

Sosial

02 Mart 2022 14:10 711


Rusiya-Ukrayna müharibəsinin bir üzü də informasiya savaşıdır. Hər iki tərəfdən çoxlu "fake" xəbər, video və foto yayılır.

Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist Elçin Şıxlı hazırda Rusiya mənbələrinə çox az inandığını deyib:

“Xüsusən də, indi başdan-ayağa təbliğat-təşviqat boşboğazlıq, milliyətçilikdən və çığırtıdan başqa heç nə deyil. Doğrudur, bu, bütün rus xalqına aid edilə bilməz. Lakin ortalıqda olan, özünə "jurnalist" deyənlərin hamısı bir bezin qırağıdır”. Dördpendirli pizza

Jurnalistin fikrincə, KİV izləyiciləri bir qədər diqqətli olmalıdır:

“Ukrayna tərəfinin göstərdiyi vurulmuş tankı bir neçə dəqiqə sonra ruslar göstərir. Biz jurnalistik başımız çıxır. Bir neçə mənbəyə baxırıq. Onlara istinadən ortaq məxrəcə gəlirik. Tamaşaçılar da, oxucular da diqqətli olmalıdır. Onlar da gərək bir neçə mənbəyə baxsınlar. Əgər beyinləri işləyirsə, düzgün nəticəyə gələ bilərlər”.

E. Şıxlı Azərbaycan mənbələrinə baxmadığını qeyd edib:

“Sözün doğrusu, sosial şəbəkələrdə küy, çığırtı var. Peşəkar jurnalistlər çox azdır. Kadrlar olur. İzləyicilərin də intellekt səviyyəsi olsun ki, kadrların yalan, ya doğru olduğunu bilsinlər. Bu, mürəkkəb məsələdir. Şəxsən mən Azərbaycan mənbələrinə baxmıram. Çünki əksəriyyəti Ukrayna, yaxud da Rusiya mənbələrindən götürülür”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!