Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
O, altı nəfərin əsirlikdən qayıtdığını bildirib. Onlardan dördü dəniz piyadalarının hərbi qulluqçuları, ikisi isə mülki şəxsdir. Hərbçilər Mariupol döyüşlərində iştirak ediblər. Marqarita pizza
Rusiyaya qaytarılan hərbçilərin sayı açıqlanmayıb. Yermak vurğulayıb ki, təkcə bu ay 235 nəfər geri qaytarılıb.
Telegram kanalımız