Rusiya və Ukrayna sülhə yaxınlaşır? - Uittkoff və Peskovdan açıqlamalar

saytların hazırlanması

Evə çatdırılma

Rusiya və Ukrayna sülhə yaxınlaşır? - Uittkoff və Peskovdan açıqlamalar

Dünya

07 Sentyabr 2026 19:17 92


Moskva və Kiyevdə aparılan danışıqlar nəticəsində Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edilib.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uittkoff "X" sosial şəbəkəsində bildirib.

Əlavə üçtərəfli danışıqların qrafikinin razılaşdırılması istiqamətində də irəliləyiş əldə olunub. pizza sifarişi

"ABŞ Prezidenti Donald Tramp qətlləri dayandırmaq və möhkəm, uzunmüddətli sülhə nail olmaq üçün səylə çalışır", - deyə Uittkoff vurğulayıb.

Uittkoff Trampın kürəkəni Cared Kuşnerlə birlikdə Rusiya paytaxtına və Ukraynaya səfər edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Uittkoff və Kuşnerin Moskva və Kiyevdə apardığı danışıqlar tərəfləri münaqişənin nizamlanmasına yaxınlaşdırıb.

"Şübhəsiz ki, az-çox effektiv olan istənilən cəhd sülhə doğru atılan kiçik bir addımdır", - deyə o bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!