Rusiya Yeni il gecəsi Ukraynanı qana boyadı 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Yeni il gecəsi Ukraynanı qana boyadı 

Dünya

01 Yanvar 2023 10:14 834


Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib. 

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya endirib. Bundan başqa, reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb.  Toyuqlu pizza

Məlumata görə, hücum nəticəsində Çerniqov, Sum, Kiyev, Xmelnitski, Donetsk, Nikolayev və Xerson vilayətlərində mülki infrastruktura ziyan dəyib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib ki, Xəzər dənizindən atılan 20-dən çox qanadlı raketin 12-si məhv edilib. Bu hücum nəticəsində 7 nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçko deyib ki, ölkə paytaxtına hücum nəticəsində mülki obyektlərə ziyan dəyib, 1 nəfər ölüb, 20 nəfər yaralanıb. Bunun ardınca Rusiya Ukrayna ərazisinə dronlarla hücum edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!